Eyni vaxtda 17 sevgilisi var imiş

DÜNYA
14:14 07.04.2015
2202
Yuan soyadlı çinli gəncin avtomobil qəzası keçirməsi onun sirrini açıb.AZXEBER.COM-un məlumatına görə, xşam.az xarici mətbuata istinadən xəbər verir ki, qəzadan sonra xəstəxanaya aparılan oğlanın eyni vaxtda 17 sevgilisinin olduğu üzə çıxıb. Həkimlər Yuanla bağlı məlumat vermək üçün telefonundakı nömrələrlə əlaqə saxlayıblar.Bu zaman 17 nəfər qız sevgililərinin vəziyyətini öyrənmək üçün xəstəxanaya yollanıb. Münasibət qurduğu xanımların birindən hətta uşağı olan Yuan qızların hisslərindən maddi və digər məqsədlər üçün istifadə edirmiş.Onun ən uzunmüddətli eşq macərası isə 9 il Şiao Li adlı xanımla olub. Evlənəcəyi vədiylə qızları aldadan Yuan bundan sonra məqsədinə çata bilməyəcək. Belə ki, artıq onlar məsələdən agah olduqdan sonra Yuana qarşı “Facebook” hesabı açıblar.Çin mediasının gündəminə çevrilən bu hadisədə gənci qınayanlarla yanaşı, “eyni vaxtda bir neçə qadını idarə edə bildiyi üçün” tərəfini saxlayanlar da olub.
OXŞAR XƏBƏRLƏR