Eynşteynin qocalmayan beyni ilk dəfə nümayiş etdirildi

MARAQLI
00:36 07.12.2011
2247

Alimin beyni 1955-ci ildə patoloqoanatom tərəfindən oğurlanıb

ABŞ-da ötən əsrin ən ağıllı insanlarından biri Albert Eynşteynin beyni nümayiş etdirilib. Alim 1955-ci ildə öləndə patoloqoanatom (patoloji anatomiya mütəxəssisi) onun beynini oğurlayıb və bu addımına karyerası ilə cavab verməli olub. Amma bu cinayət Eynşteynin birbaşa nəzəriyyəsi ilə tamamilə əlaqəli olub. Əgər oğurluq olmasaydı, alimlər Eynşteynin başında nələr baş verdiyini heç baxt bilməyəcəkdilər. Hazırda tədqiqatçıların əlində Eynşteynin 46 kəsikli baş beyni olan faner qutu var. 1970-ci ildə nevropatoloq Lüsi Rork-Adams bu qutunu Eynşteynin meyitinin yarılmasında iştirak edən tibb işçisindən hədiyyə kimi alıb. Bu dəyərsiz artefaktın tədqiqi zamanı məlum olub ki, alimin beyni həqiqətən də qeyri-adidir - böyük kişinin beyninin orta ölçüsündən daha balacadır, bundan əlavə neyronların sıxlığı daha yuxarıdır, damarlar isə gözəl vəziyyətdədir. Lüsi Rork-Adamsın sözlərinə görə, beynin pensiyaç yox, cavan oğlana aid olması hissi yaranır. "Albert Eynşteynin baş beyninin slaydlarının tədqiqi zamanı mənə aydın oldu ki, beynin strukturu və hüceyrələrin quruluşu qeyri-adidir. O öləndə 76 yaşı alıb, amma baş beynin hüceyrələri və neyronları qocalıq əlamətinə malik deyillər. Biz qocalanda, orqanizmimizin hüceyrələri və neyronlar dəyişir, bu, xüsusi piqmentasiya ilə seçilir. Amma onun neyronlarının rəngi demək olar ki, dəyişməyib və mən elmi karyeram ərzində belə şey heç vaxt görməmişən - onun beyni gənc oğlana məxsusdur", deyə Lüsi Rork- Adams fikrini izah edib. Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçüb və Prinston Universitetində professor kimi çalişmağa başlayıb. O, 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verib. Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirib və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparıb. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. 1920-ci illərdə Avropada, Amerikada dərs deyir. Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında Copley Nişanı (1925) və Franklin Nişanı (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatına layiq görülüb. Nisbilik nəzəriyyəsi və xüsusilə də cisimlərin kütlə və enerjiləri arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülüb. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında - xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatları, kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Eynştyen bununla Foton nəzəriyyəsinin əsanı qoyur), süni (və ya həyəcanlaşdırılmış) süalanma da daxil olmaqla radiasiya nəzəriyyəsi, eynicinsli sahə nəzəriyyəsi və digər elmi tədqiqat işlərini göstərmək olar. 1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülüb. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir. Eynşteyn 1955-ci ildə aorta damarının partlamasından dünyasını dəyişib. Patoloqoanatom Tomas Harvi ölümdən 7 saat sonra meyitin standart yarılması proseduru zamanı dahinin beynini çıxarıb, amma onu özündə saxlayıb. Alimin qohumları bununla bağlı böyük qalmaqal salıblar. Geniş ictimaiyyətə o, birincə dəfə təqdim olunub.

//Ans Press

OXŞAR XƏBƏRLƏR