Dişlərin ağızda düz yerləşməməsi (əyri dişlər və s.) tək kosmetik defekt deyil. Bir çox hallarda bu digər pozulmalara - dişlərin dağılmasına, damaqların iltihabına, ağır vəziyyətlərdə güclü ağrılara, hətta çənənin bir tərəfə əyilməsinə səbəb ola bilər. Xüsusi breket-sistemləri dişlərin düz yerləşməməsi problemini həll edir. Breket-sistemlərinin quraşdırılması ilə həkim-ortodont məşğul olur.
"Premium Dental” Stomatoloji Klinikasının həkim-ortodontu, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda ixtisas artırmış Dr. Mələk İsmayılova hazırda cəmiyyətin əziyyət çəkdiyi əsas stomatoloji problemlərdən biri - dişlərin ağızda düz yerləşməməsi (əyri dişlər və s.) problemlərini Avropa protokollarına uyğun olaraq müalicə edir.
Yay mövsümünün gəlişi ilə əlaqədar Dr. Mələk İsmayılova breketlərin qoyulmasına xüsusi endirim kampaniyası təşkil edir.
Kampaniyaya qatılan soydaşlarımız breketlərə görə artıq 800 AZN deyil, 500 AZN ödəyirlər. Eyni zamanda endirimli qiymətə də xüsusi güzəşt əldə edirlər. Bu məbləğin (500 AZN) yarısını hissə-hissə ödəmək şansı qazanırlar.
Xatırladaq ki, "Premium Dental” Stomatoloji Klinikası ölkəmizin ən aparıcı stomatoloji klinikalarından biridir və öz ətrafında stomatologiyanın müxtəlif sahələri üzrə ən peşəkar mütəxəssisləri cəmləşdirir.
Klinikada implant dişlərin qoyulması 600 AZN deyil 299 AZN-ə, ortopedik konstruksiyaların (metallokeramik qapaqlar və körpüyəbənzər protezlərə) qoyulması 100 AZN deyil 60 AZN-ə endirilib.
Öz sağlamlığına biganə qalmaq! Yay istirahətindən sağlam dişlərlə geri dön! Sağlam dişlərlə sağlam təbəssümə sahib ol!
Qəbula yazılmaq üçün:
(012) 561-66-66
(070) 336-68-96