“Əziz Ağsu sakinləri, o Sizdən biridir!” - Söz adamı Elçin Mizəbəyliyə səs verək

“Əziz Ağsu sakinləri, o Sizdən biridir!” - Söz adamı Elçin Mizəbəyliyə səs verək
Seçki2024
13:32 16.08.2024
586
Elçin Mirzəbəyli 90 saylı Ağsu seçki dairəsindən deputatlığa namizəddir.

Ötən gün Elçin müəllimin seçicilər ilə görüşündə iştirak etdim, o xalqın içindən olan, seçiciləri özü qədər anlayan, onların özündən biridir.

Görüşdə diqqətimiçəkən məqamlardan biri o oldu ki, görüş isti havada olduğuna görə namizəd günün altında, seçicilər kölgədə idi, bunu Elçin müəllim özü istəmişdi: "İsti havada seçiciləri günün altında saxlamaq olmaz”

Və vəkili görüş zamanı Elçin müəllimə su süzərək, içməsini təklif etdi o isə qısa cavab verdi: "İnsanlar istidə su içmirsə, mən də içə bilmərəm”.

Elçin müəllim bunları çox sakit şəkildə, pafosdan uzaq, vicdanından gələn səslə vəkilinə deyirdi.

Bu əslində Elçin Mirzəbəylinin həyat tərzidir, uzun illərdir ki, bu cür sadə, bu cür sakit həyat sürüb.

O Ağsu seçicilərini çox gözəl anlayır, onların problemlərini, qayğılarını diqqətlə dinləyir və onların yanında olacağına söz verir.

Bu söz Elçin Mirzbəyli üçün həm də ƏHD-dir.
Onun üçün söz ən böyük dəyərdir, onun üçün söz haqqdır.

Söz adamı olan Elçin Mirzəbəyli Ağsu sakinləri ilə iç-içədir, hər gün bir neçə kənddə görüş keçirir, hər gün seçiciləri ilə bərabərdir. Ancaq bu bərabərlik yalnız kampaniya dövrü üçün xarakterik deyil. Elçin Mirzəbəyli söz verdi ki, deputat olandan sonra da Ağsudakı seçiciləri ilə bir yerdə olacaq. 

Elçin müəllimin Ağsu seçicilərindən xahişi də var idi: "Məni özünüzdən, ailənizdən biri kimi görün. Etimadınızı doğruldacağıma söz verirəm”.

Və son olaraq Elçin müəllimdən Ağsunun şəhidləri haqda soruşdum, ətraflı məlumat verəndən sonra dedi: Şəhid ailələrimizi kampaniya dövründə deyil, əgər deputat seçilsəm ondan sonra ziyarət etməyi düşünürəm. İstəmirəm ki, düşünsünlər ki, təbliğat-təşviqata görə onların yanındayam”..

Əziz Ağsu sakinlərini 1 sentyabrda Elçin Mirzəbəyliyə səs verməyə çağırıram, ona səs verərək öz içinizdən olan bir deputat qazanacaqsınız!

Hacıbəy Heydərli
 

 

 

 


OXŞAR XƏBƏRLƏR