“Əziz müəllimim" mahnısını oxumağı o adama qadağa qoymuşam" - Bəstəkar TV rəhbərlərinə səsləndi

“Əziz müəllimim" mahnısını oxumağı o adama qadağa qoymuşam" - Bəstəkar TV rəhbərlərinə səsləndi
MAQAZİN
12:42 15.09.2018
8036
Tanınmış bəstəkar Sevinc Ağasıyeva televiziya və radio rəhbərlərinə müraciət edib.
 
O AZXEBER.COM-a açıqlamasında deyib ki, bəstəkarı olduğu "Əziz müəllimim" mahnısını müğənni Sevinc Musayevaya qadağa qoysa da, o efirlərdə bu mahnını ifa edir: "Mən illər öncə "Əziz müəllimim" mahnısını oxumağı Sevinc Musayevaya qadağan etmişəm. Mahnının bəstəkarı olaraq bu mənim haqqımdır. Bu mahnı mənim əqli mülkümdür və Müəllif Hüquqlar Agentliyi də mahnının mənə məxsus olmasını təsdiqləyib. Ancaq çox təəsüf ki, mediada illər öncə verdiyim açıqlamadan sonra da adıçəkilən müğənni mənim mahnımı ifa edir. Mən ona yox, TV və Radio rəhbərlərinə rəsmi müraciət ünvanlamışam və ona qadağa qoyduğumu bildirmişəm. O bir daha mənim heç bir mahnımı ifa edə bilməz". 

Bəstəkar deyib ki, Sevinc Musayeva efirdə və mətbuata onunla bağlı xoşagəlməz fikirlər səsləndirib: "Mən qalmaqaldan uzaq insanam, bu günə qədər heç kimlə konfliktim olmayıb. Adıçəkilən xanım da neçə ildir ki, efirdə, saytlarda mənə sataşır, söz atır. Ancaq mən özümə hörmət edən şəxs olduğuma görə heç vaxt ona cavab verməmişəm. Ancaq görürəm ki, susduqca daha da irəli gedirlər. Ona görə də TV və Radio rəhbərlərinə rəsmi müraciət etdim ki, mənim mahnımı onun ifasında efirə verməsinlər". 

Bəstəkar həmçinin deyib ki, yaxın günlərdə məhkəməyə müraciət edəcək: "Vəkilim artıq bütün sənədləri hazırlayıb. İlk iş günündə məhkəməyə müraciət edəcək. Bu təkcə mənim yox, bütün müəlliflərə dəstək məqsədilə olacaq.
 

OXŞAR XƏBƏRLƏR