F-16-ların tədarükü ilə bağlı Danimarkanın şərti: "Yalnız öz ərazisində istifadə edə bilər"

F-16-ların tədarükü ilə bağlı Danimarkanın şərti: "Yalnız öz ərazisində istifadə edə bilər"
DÜNYA
19:17 21.08.2023
198
"Danimarka və Niderlandın verdiyi F-16 qırıcı təyyarələrini Ukrayna yalnız öz ərazisində istifadə edə bilər”.

Bunu Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen deyib.

O bildirib ki, bu texnika Ukraynaya yalnız düşməni Ukrayna ərazisindən sıxışdırmaq üçün verilir.

Qeyd edək ki, avqustun 20-də Niderland və Danimarka F-16 qırıcılarını Ukraynaya təhvil vermək qərarını açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar. Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya təhvil verməyi planlaşdırır.
OXŞAR XƏBƏRLƏR