Semih Avstriya ilə oyunda qalib gələcəklərinə inandığını bildirib: "Seçmə mərhələyə yaxşı başlamışdıq. Lakin Almaniya və Azərbaycana məğlubiyyət işimizi çətinə saldı. Bununla belə ruhdan düşmürük və Avstriya ilə oyuna ciddi hazırlaşırıq, Hər kəs bilir ki, Türkiyə yığması oyunlarda dönüş etməyi bacaran bir komandadır. Bu dəfə də bu işin öhdəsindən gələcəyik.
Avstriyaya qalib gəlməklə hər şeyi öz xeyrimizə dəyişə bilərik. Bunun üçün bir qədər diqqətli oynamalı və səhvlərə yol verməməliyik. Daha sonra isə Belçika ilə qarşılaşacağıq. Qrupda əsas rəqiblərimiz də elə Avstriya və Belçika yığmalarıdır. Əgər bu komandalara qalib gəlsək üstünlük bizim tərəfə keçəcək. Növbəti oyunları isə istədiyimiz kimi bitirərik. Bütün varlığımla bunu bacaracağımıza inanıram".