"Fənərbaxça"nı gözləyən böyük təhlükə

İDMAN
07:59 13.07.2011
1703

 

AZXEBER.COM portalının TRT-yə istinadən verdiyi xəbərə görə, TFF prezidenti Mehmet Əli Aydınlar nizam-intizam istitaqının başladıla bilməsi üçün prokurorluğun ittiham aktını hazırlamasını gözlədiklərini deyib. Bu isə təxminən 3 ay vaxt deməkdir. Əgər liqa normal şəkildə davam edər və 3 ay sonra ittiham aktı federasiyaya təqdim olunduqdan sonra alt liqaya düşmə qərarı qəbul edilərsə, "Fənərbaxça"nın itkisi daha böyük olacaq.

Bu halda klub həm liqada, həm də Çempionlar Liqasında qalan matçlarını oynaya bilməyəcək və "Ankaraspor"un vəziyyətinə düşəcək. İndi alt liqaya keçəcəyi təqdirdə 1 sezonu itirmiş olacağı halda, 3 ay sonra bu qərar veriləcəyi təqdirdə həm 2011-2012, həm də 2012-2013 sezonunu itirəcək.

 

OXŞAR XƏBƏRLƏR