Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olundu

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olundu
İDMAN
10:37 07.10.2025
152
Dünya futbolunun əfsanələrindən biri olan Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyası rəsmi açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, üç dəfə dünya çempionatında iştirak etmiş, 2006-cı ildə isə İtaliya yığması ilə dünya çempionu olmuş 51 yaşlı mütəxəssis artıq milli komanda ilə müqavilə imzalayıb. Kannavaro komandaya ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına hazırlıq prosesində rəhbərlik edəcək.

Qeyd edək ki, F.Kannavaro son olaraq Xorvatiyanın "Dinamo Zaqreb” klubuna rəhbərlik edib.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR