"Фабрики звёзд"un ulduzunun evi qarət olundu

MAQAZİN
10:46 08.01.2025
124
"Фабрики звёзд" yarışmasının ulduzu Yuliya Parşutanın evi qarət olunub.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bayram ərəfəsində evdə olmayan müğənninin evindən dəyərli əşyaları oğurlanıb.
 
"Mən evdə olmayanda evimə girib, pul və qiymətli əşyalarımı götürüblər. Çox şükür ki, mən özüm evdə olmamışam və indi yaxşıyam. Polis artıq cinayətkarları axtarır. Vətəndaşlar, pulunuzu əmanət kassasında saxlayın!”, – deyə Yuliya izləyicilərinə məsləhət verib.
 
Mətbuatda yer alan xəbərə görə oğrular, Parşutanın Moskvadakı mənzilinə qapı açarlarından istifadə edərək giriblər. Onlar mənzildə olan qiymətli əşyaların saxlandığı seyfi açmağa müvəffəq olublar.
 
Aysel

OXŞAR XƏBƏRLƏR