"Facebook" sosial şəbəkəsindəki akkauntunda "Ad günümdür! Hamını dəvət edirəm!" yazanda Tessa ağlına gətirə bilməzdi ki, ad gününə bu qədər qonaq gələ bilər.
Dəvəti yazandan sonra onu hamının baxa biləcəyi statusda qoyan Tessa sonradan əməlinə peşman olub.
Belə ki, Hamburqda yaşayan Tessanın ad gününə 1500-dən artıq adam gəlib.
16 yaşlı qızın valideynləri bu qədər insanı görəndə qorxublar və polis çağırıblar.
"MSN News" bildirir ki, gələnlər isə əllərində plakatları yelləyərək "Səni sevirik, Tessa!" deyiblər.
Tessa qonaqların qarşısına çıxmasa da, səs-küylü ad günü gecəyarıya qədər davam edib.
//milli.az