1.5 milyard aktiv istifadəçisi olan "Facebook" sosial şəbəkəsi yeni qaydalarını açıqlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə hansı məzmunlu paylaşımların qadağan ediləcəyinə aydınlıq gətirilib.
Sosial şəbəkədən silinəcək paylaşımların yeni siyahısı əvvəlkindən 3 dəfə çoxdur.Bunlar arasında terror təşkilatlarının təbliğatını aparan, qadın və kişi bədənini çılpaq şəkildə göstərən, ictimai şəxslərə qarşı yönələn, cinsi şiddət və nifrət ritorikası ehtiva edən paylaşımlar da var. İntihara qarşı mübarizə aparan "Facebook" intiharı təbliğ edən paylaşımları da siləcək.