Facebook-da anasını tapdı - VİDEO - FOTO

MARAQLI
15:05 31.01.2013
2667

21 yaşlı amerikalı qadın doğulandan bəri anasını görməmişdi.

O, anasını arayırdı. Son üç ildə bu qadının müraciət etmədiyi dövlət qurumu, rəsmi struktur qalmamışdı.LakinCenessa Saymonsaanasını tapmaqda Facebook sosial şəbəkəsi yardımçı olub.ABŞ-ın Yuta ştatında yaşayan Cenessa 1991-ci ilin noyabrın 17-də Utah Valley Regional Medical Center-də dünyaya gəlmişdi. Cenessa doğulanda onun valideynlərinin 16 yaşı vardı.Qıza Uitni adı verilmişdi.Qızı doğum evindən bir ailə övladlığa götürüb.Cenessa bütün bunları Facebook səhifəsində açıqlayıb.O, əlində karton tutaraq çəkdirdiyi şəkli səhifəsində yerləşdirmişdi.Kartonda yazılmışdı: "1991-ci ilin noyabrın 17-də doğulmuşam. Valideynlərim mənə Uitni adı vermişdilər. Anam 1975-ci ilin iyununda, atam isə 1975-ci ilin mayında doğulublar. Mən doğulanda onların 16 yaşı vardı. Atamla anam barədə məlumatı olanlar lütfən, mənimlə əlaqə saxlasınlar. Lütfən, bu fotonu bəyənin və yayın".Bu fotonu 12 min nəfər bəyənib, 135 min insan yayıb, 89 nəfər isə Cenessaya uğur arzulayıb.Bir qədər sonra isə Cenessanın Facebook səhifəsinə mesaj gəldi."Sənin anan mənəm. Bu da sənin uşaqlıq fotondur", - yazılmış fotoya Cenessanın uşaq vaxtı çəkilmiş foto əlavə olunmuşdu.Cenessanın dediyinə görə, ona yarıdm etmək istəyən insanlardan 30-dan artıq dəstək təklifi alıb.O deyir ki, anasının yazdığına görə, atası ilə məktəbdə oxuyanda tanış olubmuş."O qadının anam olduğuna şübhə etdim. Lakin qadın anam olduğunu təsdiqləyən fotolar və sənədlər yolladı. Bəlli oldu ki, qeysəriyyə kəsimi nəticəsində doğulmuşam. Bundan sonra insanlara yardım etməyə, onlara bioloji valideynlərini tapmaqda dəstək olmağa çalışacağam", - Cenessa deyib.Cenessa anası ilə görüşmək istəyir. (Milli.az)

OXŞAR XƏBƏRLƏR