Facebook, Instaqram sosial şəbəkələri və Whatsapp-a girişdə problem yaranıb.
AZXEBER.COM xəbər verir ki, artıq bir neçə dəqiqədir ki, sosial şəbəkələrə giriş mümkün deyil.
Şirkət hələ ki, problemin nədən qaynaqlandığını açıqlamasa da, problemin aradan qaldırılması üçün lazimi işlərin görüldüyünü qeyd edib:"Şəbəkənin bərpası üçün bütün işlər görülür, problem tez bir zamanda həll olunacaq".