“Twitter”, “YouTube” və “Facebook” kimi sosial şəbəkələrin Türkiyə üzrə istifadəçiləri öz hesablarına daxil ola bilmirlər.
AZXEBER.COM “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, sosial şəbəkələrə girişin məhdudlaşdırılması şəhid prokuror Mehmet Selim Kirazın girov götürülməsi görüntülərinin “Twitter” və “YouTube”da yayımlanması ilə əlaqəli olduğu açıqlanıb.
Bu məlumatı Türkiyə Provayderlər Birliyinin sədri Bülent Kent də təsdiqləyib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bununla bağlı onlara yazılı bildiriş göndərib.
B.Kent hazırda M.S.Kirazın görüntülərinin sosial şəbəkələrdən yığışdırılması ilə məşğul olduqlarını deyib.