AZXEBER.COM portalı eksklüziv olaraq xəbər verir ki, 22 mindən çox üzvü olan Azərbaycan Himni səhifəsinə alternativ yaradılıb. Yeni yaradılan qrupun da adı Azərbaycan Himni adlanır. Bu səhifənin isə cəmi 220 nəfər üzvü var. Əslində burada qeyri-adi bir şeyin olmadığını deyə bilərsiniz. Amma maraqlısı odur ki, yeni yaradılan Azərbaycan himni səhifəsini 91 min üzvü olan, ən çox azərbaycanlı istifadəçilərin cəmləşdiyi Azərbaycan səhifəsinin idarəçiləri dəstəkləyirlər. Onlar tez-tez yeni yaradılan səhifəni paylaşır və insanları ora dəvət edirlər. Əməkdaşlarımızla söhbətlərində 22 min üzvü olan Azərbaycan himni səhifəsinin adminləri bu hərəkətə görə Azərbaycan səhifəsinin adminlərini qınadıqlarını bildirdilər və onları qısqanc olmamağa çağırdılar.
Azərbaycan səhifəsinin idarəçiləri də məsələylə bağlı fikirlərini AZXEBER.COM portalına bildiriblər. Mətni olduğu kimi təqdim edirik: "Bizim səhifədən sonra 100 Azərbaycan səhifəsi açılıb, indi gedək deyək, niyə açmısınız? İstəmirsiz, bəyənməyin, gedin digər səhifəyə üzv olun. O səhifə ödənişli reklamlarla facebookda üzv yığıb, biz öz zəhmətimizə 91.000 etmişik, pulumuzla yox. Hər kəs burda istədiyi adda səhifə aça bilər, qadağan deyil. Gedin onlara deyin, pul verib səhifəmizi xəbər saytlarında qaralamasınlar, özlərini yormasınlar. Vətənpərvərlik pul ilə olmur, gərək qanda olsun. Kral olmaq lazım deyil, pulla, ödənişli sistəmlə getsinlər, pulsuz o qədər üzv toplasınlar bizim kimi. Bizim səhifəni qaralayan hərkəsin səhifəsinə verəcək yaxşı cavabımız həmişə olub və olacaq!!!"
Qeyd edək ki, bu səhifənin yaranması Facebookdakı azərbaycanlı istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb və narazıçılıq yaranıb.
Orijinal səhifə
Yeni yaradılan səhifə
DİGƏR SƏHİFƏLƏR DƏ MƏSƏLƏYƏ QARIŞDI