Facebookda daha bir yenilik

MARAQLI
15:55 14.01.2012
1922

“Facebook” şəbəkəsi istifadəçilərinə musiqiyə dostlarla eyni anda qulaq asmağı təklif edib. Yeni funksiya xidmətin rəsmi bloqunda təqdim edilib.Artıq “Facebook” şəbəkəsinin istifadəçisi dostlarından kimsə musiqiyə qulaq asdıqda “Listen With” düyməsinə sıxa və bu musiqiyə onunla birlikdə qulaq asa bilər.Bundan əlavə, istifadəçilər 50 insana qədər olan qrup yarada və musiqiyə birlikdə qulaq asa biləcəklər. Musiqini isə həmin qrup üzvləri arasından seçilmiş "dicey" seçəcək. Dostlarla birlikdə dinlənilən musiqilər haqqında mesajlar istifadəçilərin xəbər lentlərində görünəcək.“Facebook” nümayəndələri söz veriblər ki, istifadəçilər yeni funksiyanın məxfilik məsələlərini özləri sazlaya biləcəklər: onlar özləri dostlardan kimin dinlənilən musiqini görməsi və qulaq asmağa qoşulmasını təyin edəcəklər.“Huffington Post” dəqiqləşdirib ki, yeni funksiya yalnız kimlərdə “Spotify” və “Rdio” xidmətləri üçün “Facebook” əlavələr quraşdırılıbsa işləyəcək. Əgər belə əlavələr yoxdursa (quraşdırılmayıbsa), o zaman “Listen With” düyməsinə sıxdıqda onu quraşdırmaq təklif ediləcək.

Ans Press

OXŞAR XƏBƏRLƏR