"Facebook"da gənclər birləşdi: "Bakı metrosunu boykot edək"

MARAQLI
23:36 30.11.2011
3371

"Facebook"da Bir qrup azərbaycanlı gənc qiymətlərin artmasına etiraz olaraq əhalini dekabrın 2-də və 3-də metrodan istifadə etməməyə çağırır.

AZXEBER.COM-un məlumatına görə, gənclərin sosial internet şəbəkəsində noyabrın 30-da yaydığı müraciətdə deyilir: “Bütün tələbələrə, gənclərə, bunu oxuyan hər kəsə müraciət edirik. Metroda qiymətlərin qaldırılması ilə bağlı BOYKOTa qoşulun! 2 və 3 dekabr tarixində metrodan istifadə etməyin. 2 gün istifadə etməsəniz heç nə olmaz. Bu həm əyləncəli olacaq, həm də bizim həmrəylik gücümüzü göstərəcək”. Boykotun sosial şəbəkədə elan edildiyi 2 saat ərzində 500 nəfərdən çox internet istifadəçisi müraciətə reaksiya verib. Gənclərin əksəri boykot aksiyasına qoşulduğunu, dekabrın 2-3-də metrodan istifadə etməyəcəyini bildirib. Gənclər təşkilatlarından “Nida” Vətəndaş Hərəkatı təşəbbüsə qoşulduğunu açıqlayıb, bütün gəncləri qiymət artımına etiraz olaraq dekabrın 2-3-də metrodan istifadə etməməyə çağırıb. “Nida”nın rəyində o da vurğulanıb ki, ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkat avtobusların boykotundan başlanmışdı. Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olacaq. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif (qiymət) Şurası noyabrın 28-də çıxarıb.

OXŞAR XƏBƏRLƏR