'Facebook'da keçirilən müsabiqənin qalibləri açıqlandı

MARAQLI
12:33 22.08.2012
2666
“Facebook” sosial şəbəkəsində maraqlı müsabiqə keçirilib. AZXEBER.COM-un məlumatına görə, Aida & Ulviyya Mahmudova səhifəsində keçirilən müsabiqə böyük marağa səbəb olub. Səhifənin idarəçilərindən olan İbrahim Zahidlinin AZXEBER.COM-a verdiyi məlumata görə, foto müsabiqəsinə 150-dən çox insan qatılıb. Onlardan 40-ı yarışmaya buraxılıb. 18 gün davam edən müsabiqədə ən çox səs yığan iştirakçılar qalib elan olunublar. Qaliblər Ədalət Səmədov,Pərviz Dadaşlı, Nicat Səlimov və Günel Akgül olub. Onlar FutureShorts Summer Festivalına bilet qazanıblar. Qeyd edək ki, adıçəkilən səhifə “facebook”un ən aktiv səhifələrindəndir.
OXŞAR XƏBƏRLƏR