Seçki öncəsi real həyatda olduğu kimi, virtual aləmdə də prezidentliyə namizədlərin mübarizəsi davam edir.
AZXEBER.COM xəbər verir ki, bir müddət öncə yaradılan və böyük maraqla qarşılanan qruplardan biri “Prezidentə dəstək-2013” qrupudur. Adıçəkilən qrup sosial şəbəkələrdə ən çox üzvü olan qrupdur . Qrupun administrasiyası bu haqda yazıb: Prezidentimizi sevənlərin sayı milyonlarladır. Bizim üzərimizə düşən vəzifə də həmin insanları bu qrupun mövcud olmasından xəbərdar etməkdir. Elə etməliyik ki, Prezidentimizi sevən və dəstəkləyən heç bir vətəndaşımız qrupdan kənarda qalmasın.
Qrup Azərbaycan Prezidenti İlham Əliyevə virtual aləmdə dəstək məqsədilə yaradılıb və hazırda Prezidentin adıyla bağlı olan ən böyük qrupdur. Qrupa üzv olan azərbaycanlıların sayı 275 min nəfəri ötüb.
Qeyd edək ki, “Prezidentə dəstək-2013” qrupunda Prezident İlham Əliyevin son 10 ildə gördüyü işlər haqda məlumatlar, fotolar paylaşır.
Qrupa üzv olmaq üçün bu linkə daxil olun: https://www.facebook.com/groups/331055150336195/?fref=ts