Artıq "Facebook" sosial şəbəkəsinin istifadəçiləri yazdıqları statuslarında dəyişiklik (redaktə) edə biləcəklər.
Virtualaz.org-un məlumatına görə, bundan əvvəl sosial şəbəkə istifadəçiləri yazdıqları statusları ya gizlədə, ya da silə bilərdilər. Bundan sonra isə statusda edilən səhvləri düzəltmək və ya yeniliklər əlavə etmək imkanı olacaq. Statusların tarixini dəyişmək imkanı ilə yanaşı bir neçə yeni funksiya da əlavə edilib. Yəni artıq facebook istifadəçiləri etdikləri səhvlərə görə statuslarını silməyəcəklər, ona düzəliş edə biləcəklər.