'Facebook'da yazılan bu status hər kəsi kövrəltdi

MARAQLI
17:30 27.06.2013
18621
Tanınmış idman jurnalisti Gündüz Abbaszadənin "facebook" sosial şəbəkəsində yazdığı status dostlarını kövrəldib. AZXEBER.COM-un məlumatına görə, eks-telejurnalist 2005-ci ildə vəfat edən atasıyla bağlı xatirələrini dostlarıyla bölüşüb. Həmin yazını olduğu kimi təqdim edirik: "Darıxıram. Özü də burnumun ucu göynəyəcək qədər. Göynəmək dedim, qolumun göyərməyi yadıma düşdü. Məni 1 dəfə haqlı olaraq döymüşdün. Qolum göyərmişdi. Bilirəm ki, cəmi bir dəfə döymüsən. Ona da indi haqq qazandırıram. Mən də atayam. Övladıma heç zaman əl qaldırmağa əlim gəlməz. Gör mənim nə yalnışım olub ki, sən o həddə çatmısan. Üzümə baxanda, məni vurduğun üçün peşiman idin. İndi də mən peşimanam. Vurdurduğum üçün. Küsmüşdün məndən. 1 həftdə danışdırmadın. Bilmirəm indi də küsmüsən, ya yox? Yuxuma da girmirsən. Bu da lap darıxdırır adamı. Qeyri müəyyənlik insanı sıxan kimi. Ata, qeyri müəyyənliyə sən öyrənmişdin. Çox əzab çəkmişdin, bizə əziyyət çəkdirməmək üçün... Sən bunları yaxşı bilirsən. Odur ki, yuxuma gəl, bir iki sualım var. Axı, səndən başqa sualımı cavablandıracaq kimsəm yoxdu. Dostum idin, atam yox. Dostunu atdın getdin. Səndən sonra çoxlarına dost demişəm, ATA. Sənin gördüyün dostlarım var idi aaaa, onların çoxu yoxdu indi. Amma, ürəyini sıxma, yaxşı dostlar hələ qalıb. Yəqin indi düşünürsən: “Bu nə gic-gic danışır? Bu dünyanın əzab əziyyətinə dözməyib partlayan ürəyi necə sıxasan axı?! “ Nə bilim, ata, mənim üçün o ürək döyünür, o beyin düşünür. Ona görə də yuxuma gəl. Sualımı cavabsız qoyma! Elə etmə ki, mən yanına gəlim. Bu dərdə dözə bilməzsən yoxsa..."
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
17:20 23.06.2025
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı