"Facebook"un hesabındakı 11,7 mln. dollara həbs qoydu

MARAQLI
16:05 28.07.2016
1566

Braziliya məhkəməsi "Facebook"un hesabındakı 11,7 mln. dollar həbs qoydu

Braziliya Federal Məhkəməsi "WhatsApp" messencerinin də sahibi olan "Facebook" şirkətinin hesabındakı 11,7 mln. dollar vəsaitə həbs qoyub.

İKT.lent.az-ın UOL-a istinadən xəbərinə görə, buna səbəb messencer təmsilçilərinin hüquq-mühafizə orqanlarına istifadəçilərin yazışmalarını izləmək icazəsini verməməsidir.

Qeyd edək ki, ötən ay Braziliyanın Londriana şəhər məhkəməsi "Facebook"un hesabındakı 6 mln. dolları bloklayıb.

Braziliya məhkəmələri dəfələrlə yerli mobil operatorlara "WhatsApp"ın ölkə ərazisindəki fəaliyyətini məhdudlaşdırmaq barədə göstəriş verib.

OXŞAR XƏBƏRLƏR