"Facebook" sosial şəbəkəsindən daha bir evlilik xəbəri.
Şəbəkənin qurucularından biri olan Kris Huqhes kişi sevgilisi ilə nigaha daxil olub. Eyncinsli nigah Nyu-Yorkda baş tutub. Uzun müddətdir birlikdə olan Kris sevgilisi Şon Eldridq ilə qonaqlarını 5 milyon dollara aldıqları evlərində qarşılayıblar. Nigah şəkillərini "Facebook"da yerləşdirən Huqhes "Facebook"un təməlini qoyan Mark Zukerberqin universitet yoldaşıdır. Bir vaxtlar şirkətin sözcüsü olan Kris satın aldığı jurnalda redaktor işləyir./anspress/