8-ci mərtəbədən yıxılıb ölməyən şəxsi fərqli hadisə öldürdü

8-ci mərtəbədən yıxılıb ölməyən şəxsi fərqli hadisə öldürdü
DÜNYA
00:02 11.03.2023
453
Kayseridə bir müddət əvvəl tikintinin 8-ci mərtəbəsindən yıxılaraq evdə şikəst olan 22 yaşlı Emre Aydın başqa bir hadisə səbəbindən vəfat edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, evdə baş verən yanğında Emre Aydın alovların arasında qalaraq həyatını itirib.

Kayserinin Argıncık Kayabaşı məhəlləsində naməlum səbəbdən yanğın baş verib. Ətrafdakıların xəbəri ilə bölgəyə polis, sağlamlıq və yanğınsöndürmə briqadaları sövq edilib. 

Xilasedicilər evə daxil olan zaman cansız bədənlə qarşılaşıblar.

Araşdırmada ölən şəxsin bir müddət əvvəl tikintinin 8-ci mərtəbəsindən yıxılaraq əlil olan 22 yaşlı Emre Aydın olduğu müəyyənləşib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR