ABŞ-da 20 yaşlı Nhung Truong adlı qadın Vyetnamda ailəsi ilə görüşmək üçün bankomatdan yığdığı 4300 dolları oğurlayan 20 yaşlı oğrunun hədəfinə çevrilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, oğru pulunu çıxartmaq istəyən qadını yerə çırpıb.
Onurğasında ciddi qırıqlar olan 3 uşaq anası Nhungun ömrünün sonuna qədər əlil arabasında yaşayacağı bildirilib.
Qeyd edək ki, bədbəxt qadın illərdir ailəsini Vyetnamda görmədiyini, bunun üçün yığdığı pulu bankomatdan götürəndən sonra hücuma məruz qaldığını bildirib.
Polis qrupları təcavüzkarın şəxsiyyətini müəyyənləşdirmək üçün işə başlayarkən, hadisənin kamera görüntülərini yayımlayıblar.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl