AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya onun ailə üzvləri məlumat veriblər.
Bir daha həmin şəxsdən xəbər alınmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bildirilib ki, artıq 14 gündür Pərvin Daşdının axtarışları gedir.
Qeyd edək ki, P. Daşdı ötən il Türkiyənin İstanbul şəhərində meyiti tapılan "Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının qardaşıdır. Külli miqdarda borcu olan klub prezidenti ötən il İstanbulda canına qıymışdı.
Ailədən verilən məlumata görə, onun itkisindən sonra qardaşı Pərvin dərindən sarsılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Daşdı Pərvin Novruz oğlunun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.











































