Faciəvi şəkildə ölən şəxs tələbə imiş

Faciəvi şəkildə ölən şəxs tələbə imiş
SOSİAL
10:07 21.05.2024
389
Mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub. Nəticədə o, cərəyan vurmasından ölüb. Faciəli şəkildə ölən həmin şəxsin tələbə olduğu bildirilib.

AZXEBER.COM Qafqazinfo-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, İ. İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.

Hazırda faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR