Sərdar TağıyevFahişələr küçəsində...
Darıxdırıcı deyil buralar
İlk baxışdan hər şey yaxşıdı
Günün istənilən saatı gələn var – gedən var.
Gəlmir bura peşman ağrılı adamlar,
Gələnlər, şad – xürrəm insanlardı.
Gözünü ehtiras bağlayan “qonaqlar”dı,
Onlar bu küçədə pislik bacarmır.
Burada soyğunçuluq oğurluq qeydə alınmır.
Bura gələn pullu adamlardı.
“Qonaqlar” bədbəxt olduqlarını bilmir.
Ona görə bu küçəyə bədbəxt adam gəlmir.
Burada yaşayanların da pulu var,
dolanışığı yaxşıdı.
Onlar üçün fərqi yoxdu, hava istidi, yağışdı...
* * *
Amma, bura xəyanətin dəhşətini duyanlarçın cəhənnmədi
Burada daha böyük olur kişilərin xəyanəti
Başqa küçələrdən fərqli burda çoxdur xəyanətə obyekt
ÖZGƏ QADIN, ARAQ, SİQARET...
Bura bədbəxtiyi duyanlarçın cəhənnəmdi
Fahişələr uşaqları qarğımağa söyüş tapmır,
Söyüş bitib...
Sevindirmək üçün isə yeganə çarə:
“ – Məryəm, bax əmi sənə nə alıb!
– Ura! ura...”
Bundan sonra qıfıl səsi...
Oyuncaq cığıltısı... çarpayı cırıltısı...
Gələn nalə sanki şüuraltıdı,
gələcəydə səslənəcək haraydı
Küçə şeytan üçün beşik, nalələr lay – laydı.
Bura 5 il sonranı görənlərçün cəhənnəmdi
Qoca faişənin gözləri nəmdi...
Üzərində sidik qoxusu
Üzündə çəkdiyi əzabların doğurduğu cəhənnəm qorxusu.
Bəlkə də fahişələr fərli kişilərə qismət olmayan qadınlardı.
Əks təqdirdə onlarda bacarıqlı, sağlam, maraqlı, qadınlar olardı
Ona görə də əsl bədbəxtlik o tayda qalır
Kişiləri bu küçədə tükənən qadınlardan ibarət
YENİ FAHİŞƏLƏR KÜÇƏSİ YARANIR.