Fahişələrə bəd xəbər

MARAQLI
11:22 19.10.2011
2576
Türkiyədə 5 Gürcüstan vətəndaşı fahişəlik üstündə saxlanılıb. 
ANS PRESS-in Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanılan qadınlar Bursa şəhərində fəaliyyət göstərən "priton"lardan birində aşkar olunub. Əxlaqsızlıq yuvası Türkiyə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı nəticəsində məlum olub.     
Araşdırma nəticəsində məlum olub ki, saxlanılan 5 nəfər gürcüstanlı qadını bu işlə məşğul olmaq üçün Türkiyəyə 43 yaşlı Gürcüstan vətəndaşı Marina Celadze gətirib. M. Celadze Türkiyəyə gətirdiyi qadınlara hər müştəriyə görə 59 türk lirəsi söz veribmiş. Saxlanılan qadınlar ifadə verərkən bildiriblər ki, onlara əvvəlcədən irəli sürülən şərtlər yerinə yetirilməyib və qadınlar zorla fahişəliyə məcbur ediliblər.    Saxlanılan 5 qadından 3-ü Gürcüstana deportasiya edilib.

OXŞAR XƏBƏRLƏR