Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldu

Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldu
10:14 13.10.2018
8059
Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonunda polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan üç qadın saxlanılıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Sultanhisar rayon Polis Şöbəsinə Atça məhəlləsində Y.P.-ya aid evdə qadınların fahişəliklə məşğul olması barədə məlumat daxil olub.

Səhər saatlarında həyata keçirilən əməliyyatla biri azərbaycanlı olmaqla, üç qadın ələ keçib. Y.P.-nin digər qadınları fahişəliyə cəlb etdiyi müəyyənləşib.
 
Azərbaycanlı qadın ölkədən deportasiya edilib, digər ikisi isə polis nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR