Fahrettin Altun: “Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır” – VİDEO

Fahrettin Altun: “Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır” – VİDEO
SİYASƏT
14:16 11.04.2021
562
Bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha açıq şəkildə anlamış olduq. Bunu ürəkdən hiss etdik. Bu müharibə müddətində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik, qazilərimzə hüzurlu ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq.

Bunu Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdam Cümə məscidinə səfəri zamanı deyib.

O bildirib ki, bu qələbə, Azərbaycan üçün, bölgə üçün və Türkiyə üçün böyük bir zəfərdir: "Çox qərarlı bir şəkildə 30 illik işğal sona çatdırıldı. Cənab Prezident İlham Əliyevin qərarlı mövqeyi ilə bu işğal aradan qaldırıldı və bölgə azad edilmiş oldu. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mücadiləyə dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq. Digər tərəfdən də, əslində, buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Bunlara rəğmən, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin torpaqları, İslamın torpaqlarıdır”.
 
///Trend 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib