Fahriye Evcenin 80 min lirəlik çantası sosial mediada gündəm oldu

Fahriye Evcenin 80 min lirəlik çantası sosial mediada gündəm oldu
DÜNYA
19:46 20.08.2026
293
Fahriye Evcen yay axşamında çəkdirdiyi yeni fotolarla yenidən sosial medianın gündəminə gəlib. Çəhrayı-ağ xanalı mini paltarı ilə poz verən məşhur aktrisanın sadə görünüşünü tamamlayan ağ, ürək formalı çantası isə paltarından daha çox diqqət çəkib.

İlk baxışda olduqca sadə görünən çantanın qiymətinin təxminən 80 min türk lirəsi olduğu ortaya çıxıb. Bu isə sosial mediada müzakirələrə səbəb olub.

Fahriye Evcenin son paylaşımındakı üslub sadə detallardan ibarət olub. Aktrisa çəhrayı-ağ xanalı mini paltarını qızılı rəngli aksessuarlarla tamamlayıb, çanta seçimində isə ağ, ürək formalı modeli üstün tutub.

Çantanın üzərində uzaqdan diqqət çəkən böyük loqo və ya dəbdəbəli bəzək elementinin olmaması onun sadə görünməsinə səbəb olub. Lakin qiymətinin təxminən 80 min lirə olması ilə bağlı məlumatların yayılmasından sonra sosial mediada reaksiyalar artıb.

İstifadəçilərin bir qismi çantanın dizaynını qiymətinə nisbətdə olduqca adi hesab edib. Bəzi istifadəçilər belə yüksək məbləğin daha diqqətçəkən məhsula xərclənə biləcəyini bildirib, digərləri isə Evcenin moda seçimini tənqid edib.

Fahriye Evcenin moda seçimləri müzakirə olunarkən onun illər əvvəl rol aldığı "Yaprak Dökümü” serialındakı Necla Tekin obrazının yenidən gündəmə gəlməsi də diqqət çəkib.

Evcen 2006-cı ildə seriala qoşulduqdan sonra Necla obrazı ilə geniş tamaşaçı kütləsi qazanmışdı. Serialın yayımlandığı dövrdə Neclanın geyim və kombinləri də tez-tez müzakirə edilir, obrazın üslubuna yönələn tənqidlər sonrakı illərdə sosial mediada zarafat mövzusuna çevrilirdi.

Bu səbəbdən aktrisanın real həyatda bəzi geyim və aksessuar seçimləri də zaman-zaman Necla obrazı ilə müqayisə olunur. Son çanta paylaşımında da oxşar reaksiyalar müşahidə edilib.

Çantanın qiyməti ilə bağlı sosial media şərhlərində diqqət çəkən məqam tənqidlərin yalnız məbləğə yönəlməməsi olub.

"Bu çantaya bu qədər pul verilməz”, "Pullа varlı olmaq başqa, zövq sahibi olmaq başqa” və "Zövqsüzlük başqa məsələdir” məzmunlu şərhlər istifadəçilər arasında müzakirələrə səbəb olub.

OXŞAR XƏBƏRLƏR