Faiq Ağayev: 'Birdən nəsə olsa, ... '

MAQAZİN
13:53 14.04.2013
1566
Xalq artisti arzuladığı biznes barədə danışıb. Faiq Ağayev səhnədən gedərsə, otel biznesi ilə məşğul olacağını bildirib. Lider kanalının efirində yayımlanan "Şou Rəhimli" verilişinə açıqlamasında o bildirib ki, həmişə balaca bir mehmanxanasının olmasını arzulayıb."Mənim bu arzumdan ailəmin xəbəri var. Allah eləməsin ki, səhnədən gedim. Nə qədər ki, gücüm, səsim var, yaradıcılıqla məşğul olacam. Ancaq birdən nəsə olsa, 30 qonaq üçün mehmanxana açacam, bundan artığı lazımım deyil. Zövqüm yaxşıdır, onu elə düzəldəcəyəm ki, orada olan hər kəsə rahat olsun. Hətta mənzilim də otelə oxşayır: hər şeyi yaxşı ölçüb-biçmişəm".

OXŞAR XƏBƏRLƏR