Faiq Ağayev Cennifer Lopezdə səhv tutdu

Faiq Ağayev Cennifer Lopezdə səhv tutdu
MAQAZİN
14:38 24.09.2012
3335

Müasir zamanda incəsənətlə şou-biznes bir-birinə qarışıb. Daha dəqiq desək, biznesin incəsənətə müdaxiləsi keyfiyyətin kəmiyyətlə mübarizəsində birincinin məğlubiyyəti ilə nəticələnib. Bu isə incəsənət sektorunda bayağılığın standartlar səviyyəsinə yüksəlməsinə səbəb olub. Dinləyici zövqünün sürətlə aşağı düşməsi nəticəsində mahnı istehsalçılarının məhsulları bazarın bəsit tələblərinə uyğunlaşıb. Problem təkcə bununla bitmir. Qeyri-etik qalmaqallar, gündəm xətrinə razılaşdırılmış münaqişələr və sair bayağı gedişlər müasir səhnənin ayrılmaz atributlarına çevrilib. Şou-biznes ünsürü ifaçılıq sənətində də öz fəsadlarını törətməkdədir. Belə ki, studiyalarda süni şəkildə cilalanmış ifalar az qala “Qızıl Fond” un nümunələri səviyyəsində təqdim olunur. Bu qədər qarışıqlıqda nəyin sənət nümunəsi, nəyin kütləvi istehlak malı olduğunu ayırd etmək çox çətindir. Əlbəttə ki, bu halda doğru yolu müəyyən etmək əsl sənətkarların öhdəsinə düşür.

Xalq artisti Faiq Ağayev Azərbaycan səhnəsində fonoqrama qarşı etiraz kampaniyasına başlayıb. Müğənni sosial şəbəkələrdə geniş oxucu kütləsini səfərbər etməyə çalışır. F.Ağayev tərəfdarlarını bir növ cəsarətli və fəal olmağa səsləyir. Belə ki, növbəti statuslarının birində yazır: “Kim birinci ölkəsinin səhnəsində fonoqramla ifaya qarşı çıxmağa cürət edəcək?”

Faiq Ağayevin tənqidi fikirləri bununla bitmir. O, statusunun davamında ikili standartlara qarşı çıxmağı da unutmur: “Bəlkə J.Lo-ya qarşı daha az tələbkarsınız?”

Maraqlıdır ki, indi sənətkar sözü də primitiv sənətçi kəlməsi ilə əvəz olunub. Pinəçi, məzhəkəçi, alverçi və sair bu cür sonluqla bitən peşələr sənət kateqoriyasına da şamil edilir. Yəqin ona görədir ki, müasir zamanda bir çox sənətkarlar sənətdə kar olmaq yolunu tutublar. /// oxumeni.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et