Faiq Ağayev dələduzların qurbanı oldu

SOSİAL
22:17 31.03.2016
2349

Xalq artisti Faiq Ağayev dələduzluqla üzləşib.

AZXEBER.COM oxəbər verir ki, naməlum şəxs 050 --- -- 75 nömrəsindən ona zəng edərək və balansına səhvən 40 AZN yükləndiyini bildirərək həmin məbləği geri istəyib. Fırıldaqçıların tələsinə düşən xalq artisti aldanaraq 40 AZN-lik danışıq kartı alaraq şifrəni qarşı tərəfə yollayıb. Daha sonra anlaşılmazlığı çözməyə çalışan xalq artisti bunun fırıldaq olduğunu anlayıb.

Mesajlara baxdıqdan sonra həmin mesajın mobil operator tərəfindən deyil, hansısa şəxs tərəfindən göndərildiyinin fərqinə varan xalq artisti aldadıldığını bilib. Dərhal sosial şəbəkədəki səhifəsində dələduzları ifşa edərək başqa şəxsləri də aldatmalarının qarşısını almağa çalışıb.

OXŞAR XƏBƏRLƏR