"Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər"

"Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər"
SOSİAL
16:48 15.11.2018
8525
Azərbaycanda son günlər xalq artisti Faiq Ağayevin deputatlığa namizdəliyi iddiası cəmiyyətdə incəsənət, şou adamlarının parlamentdə təmsilçiliyini gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yaşı 18- i tamam etmiş, qanunvericiliyin tələblərinə uyğun olan hər bir Azərbaycan vətəndaşı, o cümlədən istənilən incəsənət və şou nümayəndəsinin deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya biləcəyini bildirib: 

"Son referendumdan sonra bildiyiniz kimi bu yaş həddi 25-dən 18-ə endirilib. Buna görə də indi daha çox vətəndaşın deputatlığa öz namizədliyini vermək imkanı var. Bu, seçkili orqandır və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir vətəndaş namizədliyini verə bilər”.

Konkret olaraq son vaxtlar xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyini vermə təşəbbüsü ətrafında gedən müzakirələrə toxunan S. Novruzov bildirib ki, Milli Məclisdə xalqın dəstəklədiyi hər bir sənətin nümayəndəsi seçilə bilər: 

"Axı qanunvericiliyə əsasən sənətinə görə kiməsə bununla bağlı məhdudiyyət də yoxdur. Bu, xalqın seçimidir. Əgər Faiq Ağayev həqiqətən də iddia etdiyi kimi xalqın səsini qazana biləcəksə, buyursun hüququndan istifadə etsin. Bizim xalqın seçimi qarşısında boynumuz qıldır, qıldan da nazikdir”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Nizami Cəfərov isə "Report”a bildirib ki, sənət adamları Azərbaycan parlamentində həmişə təmsil olunub və buna pis də baxmır:

 "Amma Milli Məclisdə təmsil olunmanın da öz proseduru var ki, gərək namizəd bundan da keçə bilsin - insanların səsini qazanmaq üçün namizədliyini verə bilsin, seçicilər onu seçsin, namizədliyə qədər isə xalq qarşısında hansısa bir xidməti olsun"

Millət vəkili qeyd edib ki, Faiq Ağayevin sənətçi olduğu üçün müəyyən qədər üstünlüyü ola bilər: "Yəni, sənətçiləri başqa sahələrin adamlarına nisbətən xalq daha çox tanıyır. Ümumilikdə isə seçki qanunvericiliynə görə sənətinə görə heç kimə heç bir məhdudiyyət yoxdur, Milli Məclisə seçkilərdə 18 yaşını tamam edibsə iştirak edə bilər. Hər şey də seçkinin nəticələrindən asılıdr. Çünki onu xalq seçir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib