Faiq Ağayev: "Dostluqların dağılmasına “zəhrimar pul” səbəb oldu"

Faiq Ağayev: "Dostluqların dağılmasına “zəhrimar pul” səbəb oldu"
MAQAZİN
11:34 28.08.2022
316
Xalq artisti Faiq Ağayev keçmişdə şou-biznes aləmindəki dostluqlardan danışıb.

AZXEBER.COM "axşam.az"a istinadən xəbər verir ki, "Söz baz" verilişində qonaq olan sənətçi münasibətlərin pozulmasının səbəbini açıqlayıb:

"Ona "zəhrimar pul" səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur. O illərdən çox az adam deyə bilər ki, sənət aləmindən mənim dostum qalıb. Böyük sevgi, həsrətlə "Bakı payızı - 88"i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal...

Kulisdə biri-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, biri-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır. Estrada musiqisinin özülünü Aygünlə mən qoyduq. Daha sonra digərləri bizim açdığımız yolla rahat gedə bildilər".
OXŞAR XƏBƏRLƏR