Ötən gün “ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişi yeni mövsümə start verib.
AZXEBER.COM-un məlumatına görə, verilişin və layihənin rəhbəri Səxavət Nurun yeni mövsümdə ilk qonağı xalq artisti Faiq Ağayev oldu. Xalq artisti, verliş ərzində ona ünvanlanan suallara çox maraqlı cavablar verib. Son zamanlar efirlərdən demək olar ki, uzaq olan Faiq Ağayev, bunu keçirdiyi tətillə əlaqələndirib: “Yay mövsümündə tamaşaçılarımız televiziyaya o qədər də meyilli deyillər. Onlar daha çox bu mövsümdə dincəlməyə üstünlük verirlər. Bunun üçün də mən vaxtımdan olduqca səmərəli istifadə etmək istədim. Yeni proyektlərimi sentyabra saxlamışdım. 2 yeni mahnım yaxın zamanlarda işıq üzü görəcək. Əminəm ki, digər ifalarım kimi bunlar da tamaşaçılar tərəfindən çox yaxşı qarşılanacaq. Bunlardan biri sözləri Xuraman Vəfa, musiqisi ilə Nailə Mirməmmədliyə aid olan “Əlvida”, digəri isə türk bəsdəsi olan “Billahi” mahnısıdır.
Verilişin gedişatında fanatları xalq artistini şoka salıb. Belə ki, heç gözləmədiyi anda pərəstişkarları Faiq Ağayevə üzərində “Səni dəlicəsinə sevirik” yazılan tort hədiyyə ediblər.
Sonda imzalı fotolarını pərəstişkarlarına təqdim edən xalq artisti, onlarla birgə şəkillər də çəkdirib.
Qeyd edək ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli