Bu gün doğum gününü qeyd edən cənab "Qızıl Şlyager" Faiq Ağayevə həmkarı Dilarə Kazımova qeyri adi ad günü hədiyyəsi təqdim edib.
AZXEBER.COM xəbər verir ki, Kazımova ABŞ-də "Times Square" meydanında Xalq artisti Faiq Ağayevin posterini yayımlayıb və onu təbrik edib.
Görüntüləri sosial media hesabında yayımlanan xalq artisti qeyd edib:
"Sevimli həmkarım Dilarə Kazımova mənə belə bir təbrik hazırlayıb. Təşəkkürlər gözəlim".
Həmin görüntüləri təqdim edirik.
Aysel