"Fairmont"da karantini pozanlardan biri jurnalistləri təhqir etdi - VİDEO

SOSİAL
19:58 05.07.2020
1069

Bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən biri jurnalistləri təhqir edib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, ad və soyadı məlum olmayan şəxs "İnstagram" hesabında yaydığı videoda həqarətlə çıxış edib.

"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", deyə o bildirib.

Qeyd edək ki, bu gün "Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirib. Karantini pozan şəxslərin kimliyi müəyyənləşdirilir.


 


 

OXŞAR XƏBƏRLƏR

X Mostbet