Falçılar prezidenti cadu ilə hədələdilər

MARAQLI
22:25 09.01.2011
2194

Bununla belə onlardan bəziləri hesab edirlər ki, belə bir qanun heç də pis olmazdı, çünki falçı və cadugərlərin peşələrinin rəsmən tanınması hesab oluna bilərdi. Hökumətin cadu edilməsi üçün Dunay çayının sahilində gizli saxlanan bir yer seçilib.
Bu mərasimə gəlməli olan onadək cadugər mandraqora otunun insan fiquruna bənzəyən böyük köklərini çaya atacaqlar və bununla da yeni qanunla əlaqəsi olan rəsmilər cadu ediləcəklər. Başqa bir cadugər isə deyib ki, hökuməti yıxmaq üçün pişik nəcisindən və it ölüsündən istifadə edəcək. Onlardan biri Bratara Buzea bunları deyib: "Mən heç prezidentdən də qorxmuram. Onun mənə pisliyi dəysə, nəticəsini görəcək".

Yeni qanun layihəsinə görə bu ildən etibarən cadugərlik, falçılıq, çıldağ da sürücülük və həkimlik kimi rəsmi peşələr sayılacaq. Bu isə o deməkdir ki, bu adamlar Rumuniya xəzinəsinə qazanclarının 16 faizini vergi kimi ödəməli olacaqlar.
Rumuniyalıların əksəriyyəti özünü pravoslav xristian hesab edir, lakin bu ölkədə fala və falçılara inam da geniş yayılıb. Maraqlıdır ki, bu cür şeyləri televiziyalar da təbliğ edir. Bir vaxtlar prezident Baseskunun özünü də cadudan istifadədə ittiham ediblər. Ötən seçkidə Baseskuya uduzmuş sosialist namizəd Mirçe Geona prezidentin ətrafını canlı debat zamanı rəqibinin üzərinə mənfi enerji yönəltməkdə ittiham edib.///  deyerler.org

 

 

OXŞAR XƏBƏRLƏR