İspaniyanın “Atletiko” klubunun hücumçusu Radamel Falkao komandadakı gələcək taleyi haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Falkao Madrid təmsilçisindən ayrıla biləcəyini istisna etməyib:
"Atletiko"da xoşbəxtəm və qollarıma davam edirəm. Komandadan ayrılacağıma gəldikdə isə bu, təkcə məndən asılı deyil. “Atletiko”nun öz məqsəd və prioritetləri var. Bir çox digər amillər də var ki, mənim gələcək taleyimə təsir göstərə bilər. Lakin hələlik Madriddən gedəcəyim real görünmür”.
Qeyd edək ki, Falkao ilə "Real" (Madrid) və “Çelsi” klubları yaxından maraqlanır.