Falkaonun uşaqlıq arzusu

İDMAN
16:33 07.09.2012
1454

"Atletiko"nun ulduz futbolçusu Radamel Falkao "Real"da oynamaq istəyir.

AZXEBER.COM-un məlumatına görə, bu barədə futbolçunun atası Radamel Qarsiya Kinq açıqlama verib.

Bir neçə gün əvvəl goal.com saytı "Mançester Siti" və "Çelsi"nin qışda "Atletiko"ya 60 milyon avro ödəyərək kolumbiyalı futbolçunu heyətinə qatmağa çalışacağı barədə xəbər yaymışdı. Bu xəbərdən sonra açıqlama verən 26 yaşlı futbolçunun atası oğlunun "Real"ı seçdiyini bildirib.

Kolumbiyanın "El Gran Debate de Todelar" radiosuna danışan ata Radamel "Onun xəyalındakı komanda Madrid "Real"ıdı. Oğlum bu komandada oynamaq istəyir. Uşaqlığından bəri ən böyük arzusu budu", deyib.

Qarsiya oğlunun "Real"a keçməyəcəyi halda İngiltərəyə üz tutacağını bildirib: "Mançester Siti" və "Çelsi" onunla maraqlanır. "Real"a keçə bilməsə, bu komandalardan birini seçəcək".

Atası Radamelin "Atletiko"da uzun müddət qalmayacağına inandığını bildirib: "Mövsümün sonunda komandasını dəyişəcək".

OXŞAR XƏBƏRLƏR