Fanat hakimi əlil arabası ilə vurmaq istədi - VİDEO

MARAQLI
02:28 25.08.2011
1792

Hollandiyanın “Oss” klubunun əlillər üçün xüsusi skuterdə gəzən fanatı “Almere Siti” ilə qarşılaşmanı idarə edən hakimi ayaqlamaq istəyib. Hakim Edvin Van de Qraf oyundan sonra meydanı tərk edərkən əlil azarkeş skuteri iki dəfə onun üstünə sürüb.Hakim heç bir xəsarət almayıb. Qeyd edək ki, qarşılaşma “Oss” klubunun 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Azarkeşin hakimin məhz hansı qərarından narazı qaldığı məlum deyil. Soccerway.com internet nəşrinin məlumatına görə, hakim “Oss”un oyunçularına altı ləfə sarı vərəqə göstərib.

//milli.az

OXŞAR XƏBƏRLƏR