Fanat.az-ın qeyri-peşəkarlığı azarkeşləri hiddətləndirdi

Fanat.az-ın qeyri-peşəkarlığı azarkeşləri hiddətləndirdi
İDMAN
12:04 01.04.2011
2343

Premyerliqa.az saytı xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb: “Foqtsun istefa xəbəri yalandı. Mən bildiyimə görə, fanat.az 1 aprel zarafatı edib. Əgər alman mütəxəssis istefa versə, bu barədə məlumat ilk növbədə AFFA-nın rəsmi saytında yerləşdiriləcək”.

Fanat.az-ın 1 aprel zarafatını qəbul etmək olar. Amma xəbərin nəyə görə, AFFA-nın mətbuat xidmətinə istinadən verilməsi maraq doğurur. Millinin oyunundan sonra əsəbi tarıma çəkilən azarkeşlərə belə bir xəbər vermək heç bir məntiqə sığmır.

İdman saytının uğursuz xəbərinə inanan oxucularımıza xatırladaq ki, almaniyalı mütəxəssis Berti Foqts hələ də yığmamızın baş məşqçisidir.

OXŞAR XƏBƏRLƏR