"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub - FOTO

"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub - FOTO
DÜNYA
18:18 25.10.2026
145
Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.

Bu barədə "Fars" agentliyi xəbər verir.

"İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib", - agentlik "BeamTracker Military OSINT"dən sitat gətirib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin "Fars" agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.
 
///report///
 

OXŞAR XƏBƏRLƏR