Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə ABŞ Prezidenti Donald Trampın ölkəsi barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Bu barədə Liviyanın LANA dövlət xəbər agentliyi məlumat yayıb.
Dbeybə bildirib ki, Liviya suveren dövlətdir və ölkəsinə, eləcə də terrorizmlə mübarizədə böyük itkilər vermiş xalqına qarşı təhqirləri qəbul etmir.
"ABŞ ilə münasibətlərimizi qarşılıqlı hörmət əsasında davam etdirmək istəyirik. Liviyanın və xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsini qəbul etmirik”, – Baş nazir qeyd edib.
Bundan əvvəl Tramp Corciya ştatında keçirilən seçki mitinqində Liviya, Yəmən, Somali və Haiti barədə təhqiramiz ifadələr işlədib.
///apa.az///











































