Fatih Ürek intubasiya edildi

Fatih Ürek intubasiya edildi
MAQAZİN
13:49 16.10.2025
177
İnfarkt keçirərək xəstəxanaya yerləşdirilən türkiyəli məşhur müğənni və aparıcı Fatih Ürek intubasiya (xəstənin ağ ciyərlərini süni tənəffüs aparatı ilə birləşdirmək üçün nəfəs borusuna xüsusi boru yerləşdirilməsi) olunub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Ürek ötən gün infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
 
Ürekin evində ürəyinin 20 dəqiqə müddətinə dayandığı, ancaq ürək masajı ilə yenidən işə salındığı məlum olmuşdu.

Ürekin yerləşdiyi xəstəxanadan verilən açıqlamada onun intubasiya olunduğu bildirilib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR