Fatih Ürekin narkotik istifadəsi səbəbilə infarkt keçirməsi iddiasına xəstəxanadan CAVAB

Fatih Ürekin narkotik istifadəsi səbəbilə infarkt keçirməsi iddiasına xəstəxanadan CAVAB
MAQAZİN
10:49 11.02.2026
291
Uzun zaman komada qaldıqdan sonra ötən həftə vəfat edən türkiyəli müğənni Fatih Ürekin ölümündən sonra bəzi sosial media hesablarında onun qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün infarkt keçirdiyinə dair iddialar yayılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddalara sənətçinin müalicə olunduğu xəstəxana münasibət bildirib.

Müğənninin prodüseri Özgür Arasın xəstəxana adından mətbuata verdiyi açıqlamada Ürekin narkotikdən istifadə etməsi ilə bağlı iddialar qəti şəkildə təkzib edilib:

"15 oktyabr 2025-ci ildə sənətçi Fatih Ürek 112 Təcili Yardım qrupları tərəfindən xəstəxanamıza intubasiya olunmuş vəziyyətdə gətirilib. Xəstəxanamıza qəbul edildikdən sonra bütün zəruri təcili və qabaqcıl həyat dəstəyi müdaxilələri mütəxəssis həkimlərimiz tərəfindən tam şəkildə həyata keçirilib.

Evdə ilkin müdaxilə, köçürülmə və xəstəxanada qalması, intubasiya olunmuş və huşsuz vəziyyətdə olduğu müddətdə klinik qiymətləndirmələr və müalicələr bəzi son sosial media paylaşımlarında iddia edildiyi kimi maddə istifadəsini göstərən heç bir dəlil və ya məlumat aşkar etməyib. İctimaiyyətdə yayılan əsassız və spekulyativ iddialar tibbi faktlarla uzlaşmır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR